“Təəccüblü olan odur ki, “Netflix” ciddi antiAzərbaycan filmi çəkmək istəsə də, ağıllı-başlı məsləhətçi seçə bilməyib”.
Bu fikirləri Milli Şuranın sədri Cəmil Həsənlinin “Netflix” tərəfindən çəkilməsi planlaşdırılan antiAzərbaycan məzmunlu filmə məsləhətçi kimi iştirakına münasibət bildirən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Cəmil Həsənlinin Azərbaycan əleyhinə çəkilən filmdə məsləhətçi kimi iştirak etməsində qeyri-adi heç nə yoxdur:
“Milli Şura və Azərbaycandan kənarda fəaliyyət göstərən bəzi telekanallar açıq-aşkar dövlətimizə düşmən mövqeyindədirlər. Həmçinin erməni təmsilçiləri kimi, onlar da cani-dildən Azərbaycana qarşı çıxışlar edirlər.
Təəccüblü olan odur ki, “Netflix” ciddi antiAzərbaycan filmi çəkmək istəsə də, ağıllı-başlı məsləhətçi seçə bilməyib. Çünki Cəmil Həsənlinin savadı və səviyyəsi hər kəsə məlumdur. Onun necə alim olduğu isə başqa mövzunun predmetidir. Düşmən də gərək səviyyəli olsun. İşə səviyyəli düşməni cəlb etmək lazımdır.
Yəni bu qədərmi qıtlıqdır ki, Azərbaycana qarşı düşmən mövqeyində olan ağıllı-başlı adam tapmayıb, Cəmil Həsənlini məsləhətçi olaraq dəvət ediblər. Təəssüf ki, Qərbin maliyyəsi ilə təmin olunanlar istənilən sifarişi yerinə yetirməyə hazırdırlar. Cəmil Həsənli də onlardan biridir. Çox təəssüf…”.
Nəsimi Ələsgərli
www.yenicag.az