Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Cəmiyyət olaraq, koronavirusla mübarizədə dövlətə dəstək verməliyik” – AXDP sədri

“Bu qorxunc virus ölkəmizə xaricdən daxil olub və onunla mübarizədə sayıqlığı itirmək yolverilməzdir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanda koronavirus əleyhinə həyata keçirilən ardıcıl tədbirlərin müsbət nəticələrini dəyərləndirən Azərbaycan Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu deyib.

Rafiq Turabxanoğluna görə, ölkə cəmiyyəti pandemiya ilə mübarizədə dövlətin qəbul etdiyi qərarların icrasına dəstək verməlidir:

“Koronavirusla mübarizədə istər dövlətin, istərsə də vətəndaşlarin üzərinə ciddi məsuliyyət düşür. Əgər pandemiya dünyaya Azərbaycandan yayılmış olsaydı, bu çərçivədə istənilən versiyanı irəli sürmək olardı.

Lakin bildiyiniz kimi, bu qorxunc virus ölkəmizə xaricdən daxil olub və onunla mübarizədə sayıqlığı itirmək yolverilməzdir. Ona görə də, dövlətinkoronavirusun lokallaşdırılması üçün verdiyi qərarlara cəmiyyət olaraq, dəstək verməliyik.

Pandemiya ilə mübarizədə hökumət tərəfindən atılan addımları doğru sayıram və vətəndaşları tətbiq olunan qaydalara riayət etməyə çağırıram”.

Gülşən Şərif

www.yenicag.az

447