!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəmiyyətin 7 fevral seçkilərinə MİNİMAL MARAĞI: “Yanvarın 15-nə qədər hər hansı...”

!Reklam – Yazi

“Təbliğat-təşviqat kampaniyası hələ başlamadığı üçün cəmiyyətdə də aktivlik müşahidə olunmur”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə ictimai marağın az olduğuna dair iddialara münasibət bildirən Milli Məclisin deputatı Tahir Rzayev Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, seçkilərə marağın artırılmasında əsas amil təbliğat kampaniyasının effektli aparılmasıdır:

“Fevralın 7-də keçiriləcək seçkilərin çox böyük tarixi əhəmiyyəti var. Seçki prosesinin gedişində hər bir vətəndaş öz məsuliyyətini hiss etməlidir. Biz qazandığımız böyük qələbə və Azərbaycanda təşkil olunan nüfuzlu beynəlxalq tədbirlərlə bütün dünyaya sübut etmişik ki, ölkəmiz haqq-ədalət yolundadır. Bu seçkilər Azərbaycanın inkişafı, insanların rifahının yüksəldilməsi və beynəlxalq aləmdə söz sahibi olmağınız baxımından, çox vacibdir.

Əslində, Azərbaycanda seçkilərə maraq həmişə yüksək səviyyədə olub. Buna görə də mən düşünürəm ki, təbliğat-təşviqat kampaniyasının başlaması ilə aktivlik xeyli artacaq. Həmin müddətdə Azərbaycanın demokratik, humanist, bəşəri dəyərlərə sadiq ölkə olduğunu dünyaya bir daha göstərəcəyik”.

Növbədənkənar prezident seçkilərində namizədliyi qeydə alınan millət vəkili Fazil Mustafa isə Yenicag.az-a açıqlamasında bildirib ki, seçkilərin indiki mərhələsində fəallığın yüksək olması real deyil:

“Seçki prosesi başlasa da, cəmiyyətdə hələ ki aktivlik müşahidə olunmur. Hər halda, gözlənilən fəallıq təşviqat kampaniyası başlayandan sonra yaranmalıdır.

Prezidentliyə namizədlər yanvarın 15-dən sonra qanunla müəyyən olunmuş vasitələrlə təbliğat kampaniyasını həyata keçirəcəklər.

Buna görə də həmin tarixə qədər hər hansı aktivliyin olması mümkün deyil, qanunvericiliyin tələblərinə uyğun davranmaq lazımdır”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv