Çempionlar Liqası: Bu gün 12 oyun var
Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində 12 qarşılaşma keçiriləcək.
Yenicag.az xəbər verir ki, oyunlara Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
19:00, “Kayrat” – “Lyublyana”;
19:30, “Linkoln” – “Vikinqur”;
21:00, “Hamrun” – “Jalgiris”;
21:00, “Malmö” – “İberia”;
21:00, RFŞ – “Levadia”;
22:00, “Differdanj” – “Drita”;
22:00, “Şkendiya” – TNS;
22:30, “İnter Eskaldes” – FKSB;
23:00, “Bredablik” – “Eqnatia”;
23:00, “Buduçnost” – “Noah”;
23:00, “Zrinski” – “Virtus”.
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” turnirin II təsnifat mərhələsində mübarizəyə qoşulacaq. Ağdam təmsilçisi “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin oyunları 22-23 və 29-30 iyul tarixlərində keçiriləcək.