Çempionlar Liqasında yeni mövsüm başlayır

media-hightechnic-468x90

Bu gün UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünə start veriləcək.

Yenicag.az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə 10 qarşılaşma təşkil olunacaq.

İlk olaraq meydana Finlandiyanın KuPS və Moldovanın “Milsami” komandaları çıxacaqlar. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin çıxış etdiyi Albaniya təmsilçisi “Eqnatiya” isə doğma meydanda İslandiyanın “Breydablik” klubu ilə qarşılaşacaq. Görüş saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

8 iyul

19:00. KuPS (Finlandiya) – “Milsami” (Moldova)

20:00. “Noa” (Ermənistan) – “Buduçnost” (Monteneqro)

20:00. “İberiya” (Gürcüstan) – “Malmö” (İsveç)

20:30. “Levadiya” (Tallin, Estoniya) – RFŞ (Latviya)

21:00. “Olimpiya” (Sloveniya) – “Kayrat” (Almatı, Qazaxıstan)

22:00. “Vikinqur” (Farer adaları) – “Linkoln” (Cəbəllütariq)

22:00. “Drita” (Kosovo) – “Differdanj” (Lüksemburq)

22:00. TNS (Uels) – “Şkendiya” (Şimali Makedoniya)

23:00. “Virtus” (San Marino) – “Zrinski” (Bosniya və Herseqovina)

23:00. “Eqnatiya” (Albaniya) – “Breydablik” (İslandiya)

Qeyd edək ki, bu raundun digər dörd oyunu iyulun 9-da keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600