Çempionlar Liqasının rekordu Bakıda

media-hightechnic-468x90

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən “Qarabağ” – “Roma” matçında rekord qeydə alınıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanı 67.200 azarkeş izləyib ki, bu da cari turun azarkeş sayına görə rekord nəticədir.

İkinci pillədə isə “Borussiya” (Dortmund) – “Real” matçı dayanır. Almaniyadakı qarşılaşmanı 65.849 azarkeş izləyib.

“Qarabağ”ın da yer aldığı C qrupu çərçivəsində keçirilən “Atletiko” – “Çelsi” matçı isə azarkeş sayına görə üçüncü pillədədir. Madriddəki qarşılaşmanı 60.643 fanat izləyib.

Ən az azarkeş isə “Monako” – “Portu” matçında qeydə alınıb. Sözügedən qarşılaşmaya 11.703 azarkeş tamaşa edib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05