Cənubi Koreyada Trampa qızıl tac və ən ali orden verildi

media-hightechnic-468x90

Cənubi Koreya prezidenti Li Çje Mön Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində keçirilən görüş zamanı ABŞ prezidenti Donald Trampa Kyoncdju Milli Muzeyində saxlanılan qədim qızıl tacın surətini və hökumətin ən yüksək mükafatı olan Mugunxhva Böyük Ordenini təqdim edib.

Yenicag.az bu barədə “Bloomberg”ə istinadla xəbər verir.

Cənubi Koreya prezidenti bildirib ki, qızıl tac Silla dövrünün ruhunu simvolizə edir – yəni Koreya yarımadasına ilk dəfə sülh gətirən və Koreya–ABŞ ittifaqının “qızıl dövrünü” açan bir mərhələni.

Li Çje Mön əlavə edib ki, bu tac həm də “göy qüdrəti ilə yer üzündəki suverenlik arasında müqəddəs bağın, eləcə də liderin güclü iradəsi və avtoritetinin” rəmzidir.

Cənubi Koreya hökuməti Trampı Mugunxhva Böyük Ordeni ilə də təltif edib – bu, ölkənin xarici dövlət başçılarına verilə bilən ən ali dövlət mükafatıdır. Mükafat Trampın sülh təşəbbüslərinə görə təqdim olunub.

“Bloomberg” qeyd edir ki, Tramp — bu mükafatı alan ilk ABŞ prezidenti olub. Agentliyin yazdığına görə, son vaxtlar xarici liderlər Trampın qlobal vasitəçilik səylərini tərifləməklə, xüsusən də onun Yaxın Şərqdə atəşkəsin əldə edilməsindəki rolunu vurğulayaraq ona xoş görünməyə çalışırlar.

Qeyd edək ki, bir gün əvvəl Yaponiyanın baş naziri Sanae Takaiçi Ağ Evə bildirib ki, o, Donald Trampı Nobel Sülh Mükafatına namizədliyə irəli sürüb.

Xatırladaq ki, oktyabrın ortalarında ABŞ-da Trampın siyasətinə etiraz edən insanlar “No Kings” (“Kral istəmirik”) şüarı ilə aksiyalar keçirmişdilər. Respublikaçılar bu etirazları “Hate America” (“Amerikaya nifrət”) adlandırmışdılar.

Bundan sonra vitse-prezident Cey Di Vens Trampı “kral” obrazında göstərən süni şəkildə yaradılmış video paylaşmışdı./qaynarinfo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa