Çernobıl faciəsini ilk lentə alan fotoqraf öldü

media-hightechnic-468x90

img1832922Kiyevdə 79 yaşlı ukraynalı fotoqraf, 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən faciəni hamıdan birinci lentə alan İqor Kostin ölüb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, mərhumun həyat yoldaşı Allanın dediyinə görə, əri avtomobil qəzasında həyatını itirib.

1986-cı il aprelin 26-da Çernobıl AES-in reaktorundakı partlayışdan bir neçə saat sonra İqor Kostin və iki başqa fotoqraf baş verənləri lentə almaq üçün helikopterlə hadisə yerinə yollanıblar. Ancaq radiasiya bütün fotoları məhv edib, lentdə yalnız partlayan dördüncü enerji blokunun təsvirləri qalıb. Kostin sonradan yenidən Çernobıl ərazisinə qayıdıb. O, şəhərin təmizlənməsini lentə alıb, iki dəfə dağılmış reaktora düşüb, eləcə də qəzadan sonra patologiya əlamətləri ilə anadan olan uşaqları çəkib.

Kostin bütün bu fəaliyyətinə görə fotojurnalistika aləmində prestijli sayılan World Press Photo mükafatına layiq görülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa