“Cəsədlərin götürülməsi Azərbaycanın icazəsi ilə reallaşa bilər”

media-hightechnic-468x90

загруженное (5)“Azərbaycanın icazəsi olmadan Ermənistanın “Mi-24″ hərbi helikopterinin vurulduğu ərazidə hansısa araşdırmanın aparılması və pilotların cəsədlərinin götürülməsi mümkün deyil”.

Bu barədə  açıqlama verən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, bu məsələ Azərbaycanın müstəsna hüququdur.

Onun sözlərinə görə, hətta ATƏT-in hər hansı bir təmsilçisinin də bu əraziyə yaxınlaşması və müşahidə aparması da mümkün deyil: “Bu proseslər, hətta pilotların cəsədlərinin götürülməsi də Azərbaycanın icazəsi ilə reallaşa bilər. Bu məsələnin başqa izahı yoxdur”.

Bu hadisə ilə bağlı erməni tərəfinin uydurma xəbərlər yayması məsələsinə toxunan AVP sədri qeyd edib ki, qarşı tərəf nə qədər yanlış məlumat versə də, bu hadisənin onların günahı ucbatından baş verməsi fakt olaraq qalır: “Beynəlxalq qanunvericiliyə görə, Azərbaycan öz hava məkanında görünən istənilən uçuş obyektini, o cümlədən həmin helikopterlərin hərbi təyinatlı olmasını nəzərə alsaq, bütün uçan obyektləri vurmaq hüququna malikdir. Ermənistanın nə deməsindən asılı olmayaraq, rəsmi Bakı bu hüquqları özündə saxlayır və bundan sonra da saxlayacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600