!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Bayramov Britaniya səfiri ilə görüşdü

!Reklam – Yazi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Fergus Auld ilə görüşüb.

Yenicag.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq müzakirə edilib.

Ceyhun Bayramov səfir Fergus Auldu işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə məlumatlandırıb. Eyni zamanda bölgədə mina təhdidləri və əldə olunmuş razılıqların Ermənistan tərəfindən yerinə yetirilməməsi diqqətə çatdırılıb.
Ətraflı

F.Auld ölkələrimiz arasında müstəqillikdən bəri davam edən sıx əməkdaşlıq və tərəfdaşlıqdan məmnunluğunu qeyd edib. O, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini və energetika, alternativ enerji, təhsil, yüksək texnologiyalar və bir sıra digər istiqamətlərdə geniş perspektivlərin olduğunu bildirib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi xüsusi qeyd olunub. Səfir mövcud mina təhdidinin aradan qaldırılması istiqamətində səylərin, ərazilərin təmizlənməsi sahəsində Azərbaycana verilən dəstəyin davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv