Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ceyhun Bayramov Yunanıstanın yeni səfiri ilə görüşdü

Reklam: Sinerji Pro

Bu il avqustun 27-də Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Nikolaos Piperigosun etimadnaməsini qəbul edib.

XİN-dən Yenicag.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb.

C.Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Öz növbəsində, N.Piperigos ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, Yunanıstan xarici işlər nazirinin təbriklərini C.Bayramovun diqqətinə çatdırıb və diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüş zamanı habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

201