Türkiyə və Azərbaycan arasında münasibətlər Şuşa Bəyannaməsi ilə öz pik həddinə çatıb.
Yenicag.az xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Cümhuriyyət Xalq Partiyasının (CHP) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) sədr müavini Murat Emir deyib.
“Qafqazda sülhün qorunması, mühüm pəncərənin açılması hamımızı məmnun edir. Dünyada baş verən təlatümlər dialoqun əhəmiyyətini bir daha ortaya qoyur. Rusiya və Ukrayna arasındakı müharibə Avrasiyada yükdaşımaları təxirə salmışdı. Eyni şəkildə Cənubda da təchizat zəncirinə mane olmuşdu. Bu baxımdan Orta Dəhlizin – Tarixi İpək Yolunun canlandırılması böyük əhəmiyyət təşkil edir. Bakı-Tbilisi-Ceyhan dəmiryolu xətti daşımaların davamlı olmasına öz töhfəsini verir. Zəngəzur dəhlizinin açılması ilə bu fəaliyyət daha da əhəmiyyətli hal alacaq. Azərbaycanlı qardaşlarımız bilsin ki, TBMM-də təmsil olunan hər bir millət vəkilinin ürəyi azərbaycanlı qardaşlarımızla ortaq döyünməkdədir, bir və bütünük”, – deyə CHP-li deputat vurğulayıb.
www.yenicag.az