!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

CHP və MHP-də çevrilişi ayaq səsləri duyulur

!Reklam – Yazi

1434026860_fVüqar Zifəroğlu: “Fikrimcə, gec-tez bu məsələ gündəmə gələcək”

Türkiyənin aparıcı müxalifət partiyaları olan CHP və MHP daxilində seçkilərdəki ağır məğlubiyyətdən sonra dərin bir depressiya hökm sürür. Hər iki partiya daxilində narazılıq fonunda sədrlər Kılıçdaroğlu ilə Baxçalının istefaya getməli olduğu barədə fikirlər getdikcə daha çox dərəcədə səslənməkdədir. Məsələn, CHP üzvü Ümid Oran 1 noyabr seçkiləri zamanı əldə olunan nəticədən sonra sədrliyə namizədliyini irəli sürüb.

Mətbuatın yazdığına görə, CHP-nin İstanbuldan sabiq millət vəkili Ümid Oran verdiyi yazılı açıqlamada Kılıçdaroğlunun dərhal qurultayı toplaması və təcili olaraq etimadını yeniləməli olduğunu söyləyib.

“Sədrimiz hörmətli Kamal Kılıçdaroğlu gerçəkləri qəbul edərək lazımi addımı atmasa ən böyük vəzifə CHP təşkilatının üzərinə düşəcək.”

Anoloji vəziyyət daha ağır məğlubiyyətə uğrayan MHP-də də hökm sürür. Burada da Baxçalının istefası tələbləri səslənir.

Görəsən, yaxın zamanlarda Türkiyədə aparıcı müxalifət partiyaları sayılan bu iki siyasi təşkilatda sədr dəyişikliyi baş verə biləcəkmi?

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, gec-tez həmin iki partiya daxilində sədrlərin özləri addım atmasa, onların istefası məsələsi gündəmə gətiriləcək: “CHP və MHP-də seçkilərdən sonra partiya sədrlərinin istefası tələblərinin gündəmə gəlməsi təbii olardı. Faktiki olaraq Türkiyə kimi bir ölkədə iqtidar partiyasının uzun illərdir təkbaşına hakimiyyətdə qalması eyni zamanda müxalifətdə də hər hansı problemin olmasına dəlalət edən bir məqamdır. Görünür ki, müxalifət daxilində ciddi problemlər var. AKP-nin qələbəsinin bir səbəbi onun seçkilər öncəsi düzgün strategiya, seçki taktikasını müəyyənləşdirməsidirsə, ikinci səbəb müxalifətin yanlış yolla addımlamasıdır. Məsələn, MHP-nin hər şeyə yox deməsi buna əyani sübutdur. Bu anlamda güman edirəm mümkündür ki, istər CHP, istərsə də MHP-də rəhbərlikdə kadr dəyişikliyi və yaxud başqanların dəyişilməsi məsələsi gündəmə gəlsin. Amma indilikdə bu barədə nəyisə müşahidə etmirik. Seçki gecəsi Baxçalının istefa məktubu yayılmışdı, ancaq o bunu təkzib edərək bildirdi ki, belə bir məktub yazmayıb, istefa vermək niyyətində deyil. Lakin bununla belə yaranmış vəziyyətdə bu partiyalarda istefa barədə müzakirələrin getməsi təbiidir. Hələlik bunun işartıları olmasa da, fikrimcə, gec-tez bu məsələ gündəmə gələcək. Amma indiki sədrlər yerlərində qalsalar da, bu tendensiya həmin partiyalarda parçalanmaya gətirib çıxarmayacaq. Türkiyə siyasi kuluarları üçün parçalanmalar xarakterik xüsusiyyət deyil. Amma sədr dəyişikliyi olmasa istefalar, hansısa digər partiyalara transferlər mümkündür və bu baş verib”.

ELÇİN

www.yenicag.az

697
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv