Reklam

Reklam

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq rəhbəri Ceyms Uolsi FETÖ lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsinin müzakirə olunduğunu deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, CIA-nın keçmiş patronu Ceyms Uolsi “Wall Street Journal” nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə istefaya göndərilən müşaviri Maykl Flinn və Türkiyənin bəzi rəsmi şəxslərinin FETÖ terror şəbəkəsinin rəhbəri, Amerikada yaşayan Fətullah Gülənin bu ölkədən gizli şəkildə çıxarılması məsələsini müzakirə etdiklərini açıqlayıb.

Uolsinin sözlərinə görə, Gülənin təhvil verilməsinə dair müzakirələrdə Maykl Flinn, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər şəxslər iştirak ediblər.

CIA-nın keçmiş direktoru iddia edib ki, qeyd olunan görüşdə ABŞ-ın hər hansı şəxsin digər ölkəyə təhvil verilməsinə dair qanunvericiliyini nəzərə almadan, Gülənin gizli şəkildə Türkiyəyə aparılması variantı nəzərdən keçirilib.

Uolsi bildirib ki, həmin görüşdə Gülənin ABŞ-dan gizli şəraitdə çıxarılmasına yönəlik hər hansı real plan müzakirə edilməyib. Maraqlıdır ki, Uolsi müzakirə zamanı bu təşəbbüsün əleyhinə çıxdığını və aparılan danışıqlar barədə ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydeni məlumatlandırdığını deyib.

Qeyd edək ki, Trampın sabiq müşaviri Maykl Flinnin ABŞ-da Türkiyənin lehinə lobbiçiliyə başladığına dair məlumatlar yayılmaqdadır.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 69
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."