!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Çimərliyə getmək üçün heç bir icazə almağa ehtiyac yoxdur” - RƏSMİ

!Reklam – Yazi

“Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ülvi Mehdiyev bildirib ki, istənilən şəxs istədiyi çimərliyə gedə biləcək:

“Ölkə başçısının müvafiq tapşırığı var. “ASAN Xidmət”, Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən ibarət monitorinq qrupları müəyyən edildi. Həmin qruplar Bakı və Sumqayıt çimərliklərində monitorinq həyata keçirdi. Pandemiya şəraitində sosial məsafənin saxlanılması və pandemiyaya uyğun tələblərə riayət olunmasına şəraiti olan çimərliklər müəyyən edildi.

Avqustun 5-dən fəaliyyətə başlayacaq “cimerlik.az” saytı bu sahədə informativ sayt olacaq. Bakı və Sumqayıt ərazisində yerləşən 229 çimərliyə baxış keçirilib. Burada “cimerlik.az” saytı informativ resursdur. Bura daxil olub, çimərliklərin mövcüd şəraiti, ünvanı və tutum səviyyəsini görə biləcəklər. Çimərliklər səhər saat 8-dən axşam 9-a kimi açıq olacaq”.

Gülşən Şərif

www.yenicag.az

3904
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv