“Qeyrətli kişi də başqasının arvadına baxmaz. Dənizə çimməyə getmisən, başqalarının arvadlarına tamaşa etməyə yox…”
Bunu aktrisa-model Əfsanə Qasımova ilahiyyatçı Hacı Təyyarın “Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını büstqalterlə digər kişilərə göstərir? sözlərinə cavab olaraq Yenicag.az-a açıqlamasında deyib.
O, sivil cəmiyyətdə belə sözləri cahillik kimi dəyərləndirib:
“Hansı əsrdə yaşayırıq ki, qadının dənizə getməsi müzakirə olunsun. Bu söhbət etik baxımdan da düzgün deyil. Belə də ki, qadın dənizdə çimərlik geyimində olmalıdır, suya palto ilə girəsi deyil ki… Bir də ki, bu qeyrətin dənizlə nə əlaqəsi var, o mənə çatmır. İnsan ailəsi, həyat yoldaşı ilə gedib dənizdə istirahət edir. Hamı dənizdə çimərlik geyimində olur və heç kim də bir-birinə baxmır. Kimsə hansısa qadına baxırsa, onun şəxsi problemidir. Buna görə kişiləri qeyrətsiz adlandırmaq düzgün deyil. Elə qeyrətsiz o kişidir ki, başqasının arvadına baxır. Adama deyərlər, sənin gözün başqasının arvadına niyə baxır?”
Cəvahir
www.yenicag.az