Çin-ABŞ iqtisadi savaşı: İranın yuanla ticarət jesti qlobal balansı necə dəyişir?

media-hightechnic-468x90

“Çin də İran kimi özünə yaxın hesab etdiyi dövlətin maraqlarını müəyyən dərəcədə nəzərə almağa çalışır”.

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov səsləndirib.

media-1505138-3

O, Çinin 8 növ nadir metalın ABŞ-yə ixracına məhdudiyyət tətbiq etməsinin mövcud gərginliyi daha da alovlandırması ehtimalını şərh edib.

Politoloqun sözlərinə görə, İrana qarşı genişmiqyaslı hərbi müdaxilə ehtimalı Çin Xalq Respublikasını ciddi şəkildə narahat edir:

“Eyni zamanda İran da Çin kimi mühüm müttəfiqi ilə münasibətləri daha da dərinləşdirməkdə maraqlıdır. Hətta müharibə kontekstində İran tərəfindən Çinə müəyyən jestlər edildiyi də qeyd olunur. Belə ki, müxtəlif ticarət əməliyyatlarının Çin milli valyutası  yuanla həyata keçirilməsinə dair İranın mövqeyi bir tərəfdən Çin–İran münasibətlərinin möhkəmlənməsinə xidmət edir, digər tərəfdən isə Çin iqtisadiyyatına müsbət töhfə verir.

Bu baxımdan hesab etmək olar ki, Çinin nadir metalların ABŞ-yə ixracına tətbiq etdiyi məhdudiyyətlər qismən İran məsələsi ilə əlaqəlidir. Ümumilikdə isə bu, Çin–ABŞ iqtisadi rəqabətinin tərkib hissəsidir. Çin də İran kimi özünə yaxın hesab etdiyi dövlətin maraqlarını müəyyən dərəcədə nəzərə almağa çalışır. Xatırladaq ki, Çin Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşmasında da vasitəçi rolunu oynayıb və regionda siyasi sabitliyin qorunmasında maraqlıdır.

Digər tərəfdən, nadir metallara tətbiq olunan məhdudiyyətlər bu resursların müasir beynəlxalq münasibətlər sistemində nə qədər strateji əhəmiyyət daşıdığını göstərir. Çünki nadir metallar litium batareyalarının istehsalında, dolayısı ilə hibrid və elektrik avtomobillərinin hazırlanmasında geniş istifadə olunur. Bu səbəbdən, belə ixrac məhdudiyyətləri qarşı tərəfə iqtisadi təzyiq göstərmək və strateji üstünlük qazanmaq məqsədi daşıyır”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05