Çin “Chang” e-7″ missiyası ilə Ayın cənub qütbünü kəşf edəcək

media-hightechnic-468x90

Çinin 2026-cı ilin ikinci yarısında kosmosa göndərməyi planlaşdırdığı “Chang’e-7” kəşfiyyat missiyası Ayın cənub qütbündə ətraf mühit və resurs araşdırmaları aparacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Çin İnsanlı Kosmos Agentliyinin sözçüsü Zhang Jingbo keçirdiyi mətbuat konfransında “Chang’e-7” missiyasının orbitə daxil olma, eniş və səthdə hərəkət kimi mərhələləri əhatə edən kompleks tədqiqat yanaşması ilə həyata keçiriləcəyini bildirib.

Aprel ayında ölkənin cənubunda yerləşən Hainan adasındakı kosmodroma çatdırılan “Chang’e-7” Ay kəşfiyyat aparatında hazırlıq işlərinin davam etdiyini qeyd edən sözçü, bütün proseslərin təsdiq olunmuş plana uyğun getdiyini vurğulayıb.

Çinin insansız Ay missiyaları ilə yanaşı, 2030-cu ilə qədər Aya insanlı enişi də hədəflədiyini qeyd edən Zhang Jingbo bildirib:

“Ölkə hazırkı insanlı və insansız Ay tədqiqat missiyalarını vahid bir Ay kəşfiyyatı layihəsi altında birləşdirib”.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05