“Çin kiber təhlükəsi Rusiyadan çoxdur” – Hollandiya KƏŞFİYYATI

media-hightechnic-468x90

 

Niderland Hərbi Kəşfiyyat Xidmətinin (MIVD) direktoru, vitse-admiral Peter Resink Avropanı Çinin kibertəhlükəsi ilə bağlı xəbərdar edib.

Yenicag.az xəbər verir ki, “Politico”ya verdiyi müsahibədə o, Pekinin mürəkkəb və yaxşı təşkil olunmuş kibersistemə sahib olduğunu, bunun isə Avropa üçün ciddi risk yaratdığını bildirib.

“Bu, Rusiyadan da böyük təhlükədir”, – deyə Resink vurğulayıb.

MIVD-in son hesabatına görə, Çin təxminən 10 Avropa ölkəsini hədəfə alıb, Rusiya isə Avropa cəmiyyətlərinə təsir göstərmək və sabitliyi pozmaq üçün hibrid hücumlarını artırır. Hesabatda həmçinin Rusiyanın 2024-cü ilin iyununda Avropa seçkilərinə müdaxilə cəhdləri, Niderlanddakı siyasi partiyalar və nəqliyyat sistemlərinə kiberhücumlar etdiyi qeyd olunur.

Resink Rusiyanın təkcə Ukrayna üçün deyil, potensial münaqişələr üçün də artilleriya istehsal etdiyini, bu silahların isə NATO sərhədlərinə, xüsusilə Baltikyanı ölkələrə və Finlandiyaya yönəldiyini bildirib.

Avropa və ABŞ kəşfiyyat orqanları arasında əməkdaşlığın güclü olduğunu deyən Resink Donald Trampın bəyanatlarını nəzərə alaraq, Avropanın bu əməkdaşlıq formatına yenidən baxmalı ola biləcəyini istisna etməyib.

O da qeyd olunub ki, Ukrayna Donetskdə Rusiya tərəfində vuruşan iki Çin vətəndaşını əsir götürüb. Avropa İttifaqının baş diplomatı Kaya Kallas bu hadisəyə münasibət bildirərək, Çin üçün “Rusiya müharibəsinin baş sponsoru” ifadəsini işlədib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600