“Əgər Çin Rusiyanı ələ keçirərsə, o zaman Avrasiyada özünə böyük müttəfiq qazanacaq və eyni zamanda, Asiyadan Polşaya qədər böyük ərazidə ekspansiya imkanı əldə edəcək”.
Yenicag.az xəbər verir ki, bu sözləri Avstriya siyasət məktəbinin üzvü, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Velina Çkarova deyib.
Onun fikrincə, məhz buna görə də Qərb üçün Rusiyanın önəmli ayırıcı zona olaraq, ya neytral ya da, Qərb tərəfdə olması həyatidir. O, əlavə edib ki, Şərqdən Qərbə və Asiyadan Avropaya böyük ərazilərə nəzarət edən Rusiya, coğrafi mövqeyinə görə Çin və Qərb üçün əvəzolunmaz ölkədir.
Rafi Müslümov
www.yenicag.az