!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin və ABŞ arasında “Avropa davası” BÖYÜYÜR – TƏHLİL

!Reklam – Yazi

“ABŞ-nin etibarsızlaşması Çinin və Rusiyanın beynəlxalq aləmdə daha güclü mövqelərə sahib olmasına yol açacaq”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsində Qərb və Çin faktoru barədə təhlil aparan “NBCnews” nəşri yazıb.

Təhlil yazısında bildirilib ki, ABŞ prezidenti Donald Trampın Ukraynadakı mövqeyini dəyişməsi, ABŞ-nin müttəfiqlərini çaşdıraraq, etibarını sarsıdır.

“Birləşmiş Millətlər Təşkilatında ABŞ Ukraynaya dəstək verən qətnaməyə qarşı səs verərək, Rusiyanın tərəfini tutub. Bu, Trampın Ukrayna müharibəsində Rusiya ilə yanaşı hərəkət etməsi və Kiyevi münaqişədə günahlandırması ilə bağlıdır. Qərb diplomatları Trampın siyasətini zəlzələ kimi qiymətləndirirlər”.

Qeyd olunur ki, Trampın Avropaya yönəlik yanaşması Çin üçün fürsət yaradır:

“Avropa ölkələri ABŞ-nin etibarlılığını itirməsi ilə alternativ tərəfdaşlar axtarmağa başlaya bilər. Çin, xüsusilə Asiya-Sakit Okean bölgəsində və Afrikada təsir dairələrini genişləndirəcək. Trampın siyasətləri nəticəsində ABŞ-nin müttəfiqləri Çini daha yaxın tərəfdaş kimi qəbul edəcək”.

Təhlildə qeyd olunub ki, hazırkı ABŞ administrasiyasının Avropaya olan uzaqlığı Pekin üçün Avropanı öz orbitinə çəkmək imkanı yaradır:

“Ekspertlər hesab edirlər ki, ABŞ-nin etibarsızlaşması Çinin və Rusiyanın beynəlxalq aləmdə daha güclü mövqelərə sahib olmasına yol açacaq. Vaşinqtonun Ukraynadakı müdafiə mövqeyinin zəifləməsi nəticəsində Çinin Tayvanı ələ keçirmək cəhdinə qarşı kömək edə bilməyəcəyini düşünürlər. Fransa Prezidenti Emmanuel Makron da Trampın zəif mövqeyinin ABŞ-nin Çin qarşısında da etibarsız olacağını vurğulayıb”.

“Bəzi mütəxəssislər Trampın siyasətinin NATO və Avropa İttifaqının gələcəyini təhlükəyə ata biləcəyini bildirirlər. Onlar hesab edirlər ki, Ukrayna ilə bağlı hər hansı qüsurlu sülh sazişi Rusiyanın yeni hücumlarına yol açacaq. Avropa ABŞ-nin bu dəyişikliklərinə uyğunlaşmaq üçün öz təhlükəsizlik strategiyalarını yenidən gözdən keçirməlidir”, – deyə təhlildə bildirilib.

Nəsimi Ələsgərli

www.yenicag.az

77
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv