Çin yarışı onların eyiblərini üzə çıxaracaq

“Mak Laren” komandasının idman direktoru Erik Bulye bildirib ki, Çindəki uzun düzlüklər maşının əsl gücünü ortaya çıxaracaq.

Hazırda Alonso Avstraliyada 10-cu yer uğrunda mübarizə aparsa da, komanda Çin yarışının daha çətin keçəcəyini gözləyir. Yeniçağ.az xəər verir ki, Şanxay trasında 1.17 km uzunluğunda düzlük var. Bu düzlüyün də “Mak Laren” maşınının eyiblərini üzə çıxaracağı gözlənilir. Bəzi məlumatlarda bildirlir ki, Alonso və Vandorn bolidin gücünün 2/3-ni burada istifadə edəcəklər.

Erik Bulye məsələ ilə bağlı belə açıqlama verib:

“Çin yarışında Avstraliyaya nisbətən daha çox çətinlik çəkəcəyik. Ən azından Melburnda yerimizi qorumaq üçün müdafiə oluna bilirdik. Amma burada uzun düzlüklər var və DRS-dən istifadə olunacaq. Belə olan halda rəqibləri arxada saxlamaq çətin olacaq. Ancaq məğlubiyyəti qəbul etməyərik. İki sürücümüz də trasa çıxıb sona kimi mübarizə aparacaq. Əgər problem yaşamasaq, bəxtimiz gətirsə, xal da qazana bilərik. Burada havanın vəziyyəti tez-tez dəyişir. Buna görə də hər şeyə hazır olmalı və əlimizə düşən fürsətlərdən maksimum istifadə etməliyik”.

Yeniçağ.az