Çində din qadağası
Çində qəribə hadisə baş verib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Şərqi Türkistanın Urumçi şəhərində bütün məscidlərin imamları bir meydanda toplanıb. Uyğur imamlarını toplu halda rəqs etməyə məcbur ediblər.
Digər bir tərəfdən imamlar məcburi olaraq “Ölkədə sülh könüllərə rahatlıq verir” şüarları səsləndiriblər.
Çin rəhbərliyinin göstərişi ilə həmçinin, imamlar universitet tələbələrinin olduğu bir ərazidə əllərində Çin bayraqları ilə zorla rəqs ediblər. Eyni nümayişdə universitet tələbələri də rəqs etmək məcburiyyətində qalıb. Burada edilən çıxışlarda gəncləri məscidlərdən uzaq durmağa çağırıblar.
İbadət etməyin sağlamlığa fayda vermədiyini deyən nümayişçilər insanlara sağlam olmaq üçün rəqs etməyi məsləhət görüblər. Həmçinin, imamlar məcburi olaraq “Maaşımızı Allah deyil, Çin Kommunist Partiyası verir” deyə şüarlar səsləndiriblər.
Müəllimlik edən müsəlman qadınlar da təzyiq altıda şagirdlərini dindən uzaq tutacaqlarına və uşaqların dini təhsil almasına mane olacaqlarına dair and içiblər.