Çində kosmik PANİKA: Astronavtlar geri dönə bilmir – Təcili xilasetmə əməliyyatı başladıldı
Çinin Tiangong kosmik stansiyasında gözlənilməz vəziyyət yaranıb. Shenzhou-20 dönüş kapsulunun şüşəsində yaranan çat səbəbindən üç astronavtın Yerə qayıtması mümkünsüz hala gəlib. Hadisə kosmik qalıqların kapsula çırpılması nəticəsində baş verib.
Yenicag.az xəbər verir ki, kapsuldakı zədənin təhlükə yaratması Pekini dərhal hərəkətə keçirib. Çin İnsanlı Kosmik Agentliyi tarixində ilk dəfə təcili xilasetmə protokolunu işə salıb.

Böhranın qarşısını almaq üçün normalda aylar sonra istifadəyə veriləcək Shenzhou-22 cihazı təcili qaydada Long March-2F raketi ilə orbitə göndərilib. Aparat Tiangong stansiyasına ərzaq, tibbi ləvazimat və xilasetmə avadanlıqları çatdırıb.
Mənbələr bildirir ki, stansiyada qalan astronavtların Yerə dönüşü məhz bu yeni aparat vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, hadisədən sonra Pekin Shenzhou-21 aparatını da vaxtından əvvəl istifadəyə verib. Lakin onun stansiyadan ayrılması ilə ekipajın geri dönüş imkanı tamamilə bağlanıb.
Hazırda astronavtların vəziyyətinin stabil olduğu, missiya bitdikdən sonra təhlükəsiz şəkildə Yerə gətiriləcəkləri bildirilir.
Yenicag.az












