Çindən yeni nəsil hərbi güc: "Limitsiz Atəş" imkanı verən LY-1 lazer silahı TƏQDİM EDİLDİ - FOTO

media-hightechnic-468x90

 

Çin, Pekində təşkil edilən möhtəşəm hərbi zəfər paradında özünün ən yeni və diqqətçəkən müdafiə texnologiyasını  LY-1 yüksək güclü lazer silahını ilk dəfə rəsmi olaraq nümayiş etdirdi.

media-whatsapp-image-2025-12-10-at-12-15-44

Yenicag.az xəbər veriri ki, səkkiz təkərli HZ141 avtomobilinə quraşdırılmış bu quru versiyası, böyük ölçüsü sayəsində daha böyük enerji bölmələri üçün yer olduğunu və gələcəkdə daha yüksək çıxış gücü əldə etmək potensialını göstərir.

Sistemin taretində hədəfləmə üçün kiçik elektro-optik və infraqırmızı sensorlarla dəstəklənən tək bir böyük şüa ağzı yer alır, qutubənzər modul isə radar və passiv radio tezliyi sensorlarını ehtiva edir. Rəsmi olaraq müdafiə məqsədləri üçün nəzərdə tutulan bu silah, düşük xərcli münaqişələrdə və demək olar ki, limitsiz atəş açma qabiliyyətinə malik olması ilə ənənəvi ələkeçirmə sistemlərindən köklü şəkildə fərqlənir. Çinin “Global Times” qəzetinin qeyd etdiyi kimi, LY-1 pilotsuz uçuş aparatları (PUA/İHA), eləcə də gəmi əleyhinə raketlər kimi hədəfləri çox az xərclə zərərsizləşdirmək qabiliyyətinə malikdir.

LY-1-in təqdimatı, Çinin yüksək enerjili lazer sistemləri üçün ən böyük problem olan aşırı istiləşmənin (termal bağlanma) həllində irəliləyiş əldə etdiyini göstərir. 2023-cü ildə Çinli alimlər, davamlı və fasiləsiz işləməyə imkan verən lazer soyutma texnologiyasında mühüm bir nailiyyət əldə etdiklərini bildirmişdilər. Hərbi ekspertlərə görə, lazerin dizaynı məhz yüksək və sabit güc çıxışına yönəlib ki, bu da təkmilləşdirilmiş soyutma sisteminin uzunmüddətli döyüş ssenarilərində performansı qoruyacağını ehtimal etməyə əsas verir. Bu texnoloji sıçrayış, dəniz qüvvələrinin yaxınlaşan raketlərə və pilotsuz təyyarələrə qarşı effektiv müdafiəsi üçün kritik əhəmiyyət daşıyır və Çini lazer silahları sahəsində qlobal miqyasda aparıcı mövqeyə çıxarır.

Səxavət Əliyev

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa