Türkiyədə yaşayan azərbaycanlı jurnalist şəhid məzarının fotosunu paylaşdı - Səfir dərhal reaksiya verdi - FOTO

media-hightechnic-468x90

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Nigar Ögeday X sosial şəbəkəsində bir izləyicisinin ona Göyçay rayonunun Yekəxana kəndindən göndərdiyi şəhid məzarının fotosunu paylaşaraq həm Azərbaycan, həm də Türkiyədən rəsmi şəxsləri etiketləyib.

Jurnalist paylaşımında bildirib ki, 1918-ci ildə təkcə Bakı deyil, Azərbaycanın demək olar ki, bütün bölgələri ermənilərin vəhşi qətliamlarına məruz qalmışdı. O dönəmdə Osmanlı ordusu Azərbaycan xalqının imdadına yetişərək ölkəni işğaldan xilas etmişdi. Ögedayın sözlərinə görə, “bu gün içimizdəki türk düşmənlərinin Türkiyəyə nifrətinin səbəbi də məhz tarixin bu həqiqətləridir.”

Ögeday qeyd edib ki, şəkli ona Instagram üzərindən bir dostu göndərib və foto Göyçay rayonunun Yekəxana kəndində çəkilib. Bu kənddə də 1918-ci ildə ermənilər xüsusilə türk kəndlərini hədəf alaraq ağır qətliamlar törətmişdilər. Yekəxana həmin faciənin yaşandığı məkanlardan biridir.

Paylaşımda yer alan məzarın Qafqaz İslam Ordusunun bir əsgərinə aid olduğu bildirilir. Kənd sakinlərinin sözlərinə görə, burada üç Osmanlı əsgərinin məzarı var. Yerli əhali bu məzarları Sovet dönəmində belə qoruyub, rusların dağıtmasına imkan verməyib — şəhidlərə sanki öz ailə üzvləri kimi sahib çıxıblar.

Jurnalist vurğulayıb ki, artıq bu məzarların daha ciddi şəkildə qorunmasına ehtiyac var:

“Məzarlıqların təmizlənməsi, abadlaşdırılması və bir anıta çevrilməsi vacibdir. Çünki bu məzarlar bizə həm tarixi, həm də milli yaddaşı xatırladan işıqdır.”

Nigar Ögeday yaxın günlərdə Türkiyədən mühüm bir heyətlə Azərbaycana səfər edəcəyini, müxtəlif görüşlərdə bu məsələni qaldırmağa çalışacağını bildirib. Lakin onun sözlərinə görə, dekabrın 15-dək — səfərindən əvvəl — bu işlə məşğul olacaq şəxslərin tapılmasına ümid edir.

O, Azərbaycanın bütün bölgələrində belə məzarların araşdırılıb tapılmasını və hər birinin ziyarət olunacaq anıt halına gətirilməsini vacib saydığını qeyd edib.

Paylaşımın ardından Türkiyənin Bakıdakı səfiri Birol Akgün dərhal cavab verərək yazıb:

“Səbirli olun, Nigar xanım. Məsələni dərhal nəzarətə götürürük. Bu foto, bu həftə bizə çatan ikinci şəhid məzarı məlumatıdır. Bütün ciddi məlumatları diqqətlə qiymətləndiririk. Sizə təşəkkür edirik.”

Jurnalist Nigar Ögeday səfirin duyarlılığı və sürətli reaksiyasına görə ona təşəkkür edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa