Manisada Azərbaycan mədəniyyəti gecəsi keçirildi - FOTO

media-hightechnic-468x90

Manisa Turgutlu Azərbaycan Mədəniyyət Dərnəyi dünən Azərbaycan və Türkiyə şairlərinin şeirləri ilə zəngin bir gecə keçirdi. Gecə 24 noyabr Müəllimlər Gününə həsr olunmuşdu.

Gecədə dərnəyin sədri Ünal Kağba, Turgutlu Bələdiyyə Başçısının müavini Hüseyin Malis, xalq şairi Bayram Ali Çelikten, SAKÜDER sədri və xalq şairi Gündüz Aydın, Türkiyə-Azərbaycan Federasiyası başçı müavini Eşref Tuna, eləcə də digər yazıçılar, siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatları, jurnalistlər, müəllimlər və şairlər iştirak etdilər.

Kütahiyadan gəlmiş Aşıq Mustafa Sarı sazı və sözləri ilə gecəyə rəng qatdı. İzmirdən HAN Teatrı heyəti gecənin ən rəngarəng iştirakçılarından biri oldu. Teatrın qurucusu və baş sənət rəhbəri Rüçhan Gürel, Azərbaycan mədəniyyət elçisi Roza İbadova Koçamaz, teatr oyunçuları Pınar Peynircioğlu və Onur Peynircioğlu gecədə iştirak etdilər.

Gecə Mikayil Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Mehmet Akif və Bəxtiyar Vahabzadənin şeirləri ilə işıqlandırıldı və iştirakçılara unudulmaz anlar yaşatdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa