Çinin dövlət şirkətləri Rusiya ilə yeni neft sazişlərindən imtina edirlər

media-hightechnic-468x90

Çinin dövlətə məxsus neft emal müəssisələri Rusiya ilə yeni müqavilələr imzalamaqdan yayınırlar.

Yenicag.az  xəbər verir ki, bu barədə “Reuters”in materialında qeyd olunub.

Bildirilib ki, Çinin Asiyada ən böyük neft-emal şirkəti CNOOC, “PetroChina” və “Sinochem” Rusiyadan may ayı üçün göndəriləcək neft alışından imtina ediblər:

“Çinin adları çəkilən şirkətləri onların bu addımlarının Moskvaya dəstək kimi qiymətləndirilməsini istəmirlər. Həmin şirkətlər Rusiya ilə neft ticarətinin Çin hökumətinin ayağına yazılacağından ehtiyatlanaraq, özlərinin Rusiya neftinin alıcısı qismində görülmələrini arzulamırlar”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa