Çinin neytrallaşdırdığı Yaxın Şərq ölkələri: "Ölkələrindəki investisiyalarını qorumaq məcburiyyətində idilər"

media-hightechnic-468x90

“Yaxın Şərq ölkələri Çinin yatırımlarını qorumaq üçün müharibəyə müdaxilə etməkdən çəkindilər”.

media-banner_tuq

Bu sözləri ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədə Çinin rolundan danışan politoloq Ramiyə Mamedova Yenicag.az-a açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, nə Amerika Çinlə, nə də Çin Amerika ilə açıq müharibəyə girmək niyyətindədir:

“İlk növbədə, iki dövlət də həm iqtisadi, həm də ordu baxımından güclü dövlətlərdir. Baxmayaraq ki, ikisi arasında iqtisadi və siyasi rəqabət var, amma heç biri açıq müharibəyə getməz. Hazırda Çin İrana bəzən açıq, bəzən də arxa planda dəstək verir. Nəzərə almaq lazımdır ki, İrana dəstək verən tək Çin deyil, Rusiya və digərləri də var. Çinin İrana dəstək verməsinin başlıca səbəbi o ölkəyə etdiyi yatırımlardır. Çin Hörmüz boğazındakı limanlara da güclü yatırımlar edib. Ona görə də Çin bu yatırımları qorumaq məcburiyyətindədir. Heç şübhəsiz ki, boğazda daşınan neftlər və digərləri İrana aid olsa da, tankerlər və digər əksər daşıyıcılar Çinə, Hindistana aiddir. Belə başa düşə bilərik ki, Çin, Hindistan və digər ölkələr İrana qoyduqları yatırımları qorumaq üçün İrana dəstək verməkdədirlər”.

Politoloq qeyd edib ki, Çin təkcə İrana deyil, Yaxın Şərq ölkələrinə də güclü yatırımlar edib:

“Diqqət etsək, görərik ki, həmin ölkələr müharibəyə müdaxilə etmədilər. Onlar da Çinin ölkələrindəki investisiyalarını qorumaq məcburiyyətində idilər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05