!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çinlə ABŞ arasında münasibətlər gərginləşir – Müharibəyə hazırlaşırlar

!Reklam – Yazi

“Çinin Tayvanla müharibəyə hazırlaşması gələcəyə istiqamətlənən bir məsələdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Siyasi təhlilçi son günlər Tayvan adası ətrafında gərginləşən mövcud durumdan söz açıb.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu gün Çinlə ABŞ arasında münasibətlər gərgindir:

“Həm ABŞ, həm də Çində gələcək toqquşmanın olacağını proqnozlaşdıran analitiklər mövcuddur. Lakin hesab edirəm ki, Çinin müharibəyə. Tayvanın isə müdafiəyə hazırlaşması ilə bağlı verilən proqnozlar heç də müharibənin mütləq olacağı demək deyil. Amma istənilən halda, həm ABŞ, həm Tayvan, həm də Çin gələcək perspektivləri nəzərə alaraq, müdafiəyə hazırlaşırlar”.

O, xatırladıb ki, Rusiya-Ukrayna, həm də Fələstin-İsrail müharibəsini heç kim proqnozlaşdırmırdı:

“Hətta Rusiya Ukraynaya hücum etməyənə qədər analitiklərin çoxu inanmırdı ki, müharibə olacaq. Eynilə də Yaxın Şərqdə baş verən hadisə… Əgər müharibə baş verəcəksə, heç kim bunu qabaqcadan bilib ona hazırlaşa bilməz. Bu hazırlaşmaların hamısı ehtiyat tədbirlərin görülməsidir. Belə bir məsələ var ki, “əgər müharibə istəmirsənsə, ona hazır olmalısan”.

Ə. İbrahimov hesab edir ki, ABŞ, Çin və Tayvanın müharibəyə hazırlaşması bunu istəməməsindən irəli gəlir:

“Yəni onlar müharibəyə ona görə hazırlaşırlar ki, qarşı tərəfə buna hazır olduğunu bildirsinlər. Mən yaxın gələcəkdə, daha dəqiq desək, ilin sonuna qədər Çinlə Tayvan arasında konfrontasiyanın olmasını proqnozlaşdırmıram”.

Rafi Müslümov

COP29

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv