Cinsiyyət dəyişdirmə əməliyyatlarının yaşı QALDIRILDI

media-hightechnic-468x90

Braziliyada cinsiyyət dəyişdirmə əməliyyatları üçün hormon müalicəsinin yaş həddi 18-ə qaldırılıb. 2019-cu ildən etibarən 16 yaş və üzəri üçün təsdiqlənən bu müalicə yeni qərarla 18 yaşından kiçiklər üçün qadağan edilib.

Yenicag.az xəbər verir ki, yeni qaydaya əsasən, doğuşda müəyyən edilmiş cinsiyyətlə uyğunlaşmayan şəxslərdə cinsiyyət uyğunsuzluğu (gender disforiyası – red.) vəziyyəti ilə bağlı uşaqlara və yeniyetmələrə əngəlləyici dərmanların yazılması artıq mümkün olmayacaq.

Bundan əlavə, cinsiyyət dəyişdirmə əməliyyatları üçün minimum yaş həddi 18-dən 21-ə qaldırılıb.

Həmçinin parlamentdə hormon müalicəsi tətbiq edən həkimlərə həbs cəzası tətbiq etməyi nəzərdə tutan qanun layihələri müzakirəyə çıxarılıb. Parlament hazırda mühafizəkar əksəriyyət tərəfindən idarə olunur.

Xatırladaq ki, bu qərar İngiltərə Ali Məhkəməsinin “qadın” təyinatını doğuşda müəyyən edilmiş cinsiyyətə görə müəyyən etməsi qərarından dərhal sonra verilib. Fevral ayında isə Argentina da oxşar şəkildə uşaqlarda cinsiyyət dəyişdirmə əməliyyatlarını qadağan edib.

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600