CNN Rusiyada yayımını bərpa edir
Amerikanın tanınmış telekanalı CNN Rusiyada yayımlarını davam etdirəcək.
Yenicag.az anspress-ə istinadən bildirir ki, telekanal yayımla bağlı lisenziya almaq üçün Rusiyanın Media Nəzarət Təşkilatına (“Roskomnadzor”) müraciət göndərib.
Təşkilatın nümayəndəsi bildirib ki, CNN tərəfindən lazım olan bütün sənədlər verilib. Bunlara dəqiq baxılacaq və lazımi prosedurlardan keçdiqdən sonra 30 gün ərzində uyğun gələn qərar qəbul olunacaq. Əvvəldən bilindiyi kimi, CNN-nin Rusiyada yayımın yenilənməsi haqqında “Roskomnadzor” ilə danışıqlar aparması gözlənilən idi.
Xatırladaq, CNN telekanalının Rusiyanın peyk və kabel şəbəkələrində yayımı ötən il dekabrın 31-də başa çatıb. Buna baxmayaraq ki, Rusiya Federasiyasının Rabitə və Kommunikasiya Nazirliyi bildirib ki, ölkənin qanunları CNN kanalına Rusiyada işləməyə mane olmur.