ANAMA dekabrın 17-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
Yenicag.az xəbər verir ki, gün ərzində kənddə 4 500 (0.45 ha) ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.
Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.
30 gün ərzində 11 ədəd partlamamış hərbi sursat və 2 ədəd piyada əleyhinə mina aşkar edilib.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
www.yenicag.az