!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Çölçü klubu” növbəti “Çölçü axını” təşkil edir

!Reklam – Yazi

13078177_10209513306775166_2077148066_o2015-ci ildən fəaliyyət göstərən “Çölçü klubu” növbəti “Çölçü axını”na hazırlaşır. Bu məqsədlə Klubun rəhbəri, rejissor Eltən Qədimbəyli saytımıza bildirdi ki, axın bu dəfə Qusarın Hil kəndindəki Gilas bulağına olacaq. ““Çölçü Klubu” turist-ekstrimal klub yox, sosial klubdur. Bizim özümüzə məxsus bir fəlsəfəmiz, həyat tərzimiz var. Məqsədimiz ətrafımıza intellektual, yaradıcı və eyni zamanda işgüzar insanları toplamaqdır. Klubumuzun üzvləri çoxdur amma onlarla məsləhətləşdik ki, yeni bir Çölçü axını təşkil edərək,aramıza yeni dostlar qazanmaq bizə faydalı olacaq.
Biz birinci dəfə Nügədi gölünə, ikinci dəfə İspik meşəsindəki Harami bulağına yürüş etmişdik. Üçüncü yürüşümüz isə Gilas bulağına olacaq. Çöl çox maraqlıdır. Çölün özəlliyini dərk eləyən hər kəsi bizimlə bir olmağa çağırıram”, – deyə E. Qədimbəyli bildirib.
“Çölçü Klubu”nun Qusarın Hil kəndindəki Gilas bulağına təşkil etdiyi “Çölçü axını” mayın 15-də gerçəkləşəcək. Axın təxminən 3-4 saat davam edəcək. Klub bu layihənin sadəcə təşkilatçılığını və bələdçiliyini öz üzərinə götürüb. Klubdan bildirilib ki, hər bir iştirakçı özünə lazım olan bir günlük ərzağı və zəruri əşyaları götürməlidir.
“Çölçü axını”na qatılmaq istəyən şəxslər “Çölçü klubu”nun Facebook səhifəsindən (https://www.facebook.com/colcuklub/) və yaxud +994 50 316 35 65 nömrəsi ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilər.

 

COP29

www.yenicag.az

769
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv