“COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun birbaşa göstəricisidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında COP29 tədbirinin Azərbaycanda keçirilməsinin önəmi və tədbirin yaradacağı prespektivlər haqda danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.
Onun sözlərinə görə, bu tədbiri keçirmək üçün inkişaf etmiş böyük ölkələr, Avropa ölkələri həmişə rəqabətə girirlər.
“COP29 tədbiri bu ilin noyabr ayında keçiriləcək. COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun birbaşa göstəricisidir. Yəni bu nüfüzun son illər nə qədər yüksəklərə qalxdığını əyani şəkildə əks etdirir. Ölkə başçısının xarici siyasətinin nə dərəcədə effektiv və düzgün olduğunu nümayiş etdririr, – deyə o bildirib.
A.Məmmədov qeyd edib ki, bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə bir çox prespektivlər vəd edir:
“Bu, BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyası tərəflərinin görüşüdür. Onun da 29-cusu Azərbaycan kimi ölkədə keçirilir. Bu tədbiri keçirmək üçün inkişaf etmiş böyük ölkələr, Avropa ölkələri həmişə rəqabətə girirlər. Azərbaycan bu rəqabətdən qalib çıxdı. Nəticədə bu tədbirin ölkəmizə gətirilməsinə nail olduq.
Bu həmin prespektivləri yaradır ki, bundan sonrakı illərdə də COP29-da Bakıda iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal təşəbbüslər və müzakirələr növbəti ildə Braziliyada və ondan sonrakı illərdə başqa ölkələrdə keçiriləcək COP tədbirlərində də bu müzakirələr davam edəcək. Azərbaycanda müzakirələr nəticəsində verilmiş qərarların bəziləri ümumilikdə beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizə üzrə atılan addımların, qlobal fəaliyyətlərin bir çoxuna öz töhfəsini vermiş olacaq”.
İsmayıl Bakuvi
www.yenicag.az