COVAX Azərbaycana vaksinlərin ilk partiyasını göndərdi – FOTOLAR

media-hightechnic-468x90

Azərbaycanda koronavirus əleyhinə istifadə olunması üçün Cənubi Koreyadan 84 000 doza COVAX platforması çərçivəsində “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini gətirilib.

Yenicag.az xəbər verir ki, vaksinin olduğu təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Vaksini gətirən şəxsləri TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, BMT və ÜST nümayəndələri qarşılayıb.

Qeyd edək ki, GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs martın 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə onlayn formatda görüşdə bildirib ki, ilkin mərhələdə Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) Azərbaycana göndəriləcək. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.

Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600