Aprel ayının 14-dən etibarən Ramazan ayı başlayır.
Yenicag.az xəbər verir ki, koronavirus pandemiyası fonunda keçəcək Ramazan ayında insanlar oruc tutmaqla bağlı bir sıra suallara cavab axtarırlar.
Bu suallardan biri də oruclu ikən peyvənd vurdurmağın orucu pozub-pozmayacağı ilə bağlıdır.
Məsələ ilə bağlı açıqlama verən Türkiyənin Din İşləri üzrə İdarəsinin sədri Əli Ərbaş oruclu ikən peyvənd vurdurmağın orucu pozmadığını bildirib.
“Din İşləri Yüksək Şurasının qərarında orucluykən peyvənd vurdurmaqda heç bir sıxıntı olmadığı bildirilib. Bu, orucu pozmaz”, – deyə Ərbaş qeyd edib.
www.yenicag.az