“Crocus City Hall”dakı dəhşətli terrorda yaralananların sayı artdı

media-hightechnic-468x90

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktı zamanı yaralanların sayı 360 nəfərə çatıb.

Bu barədə “112” “Telegram” kanalı xəbər verib.

Bundan əvvəl terror aktı nəticəsində 182 nəfərin yaralandığı bildirilmişdi.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb.

Terrorçular həbs olunublar. Onlar artıq sifarişçilər haqqında ifadə veriblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600