Cüdo üzrə milli komandalar üçün kəmər dərəcələri üzrə imtahan keçirildi

media-hightechnic-468x90

Cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, 250-dən çox idmançı müvafiq yaş uyğunluğuna əsasən imtahan verib.

Cüdoçulara müvafiq kəmər və sertifikat təqdim edilib.

ACF-nin idman direktoru Kamran Talıbov sayca 4-cü belə tədbirin keçirildiyini bildirib: “Bundan əvvəl Bakı, Gəncə və Sabirabad şəhərlərində kəmər dərəcələri üzrə imtahanlar təşkil olunub. Bundan sonra da il ərzində müxtəlif rayon və şəhərlərdə keçirilməsi planlaşdırılır. Bu gün ümumilikdə 250-dən çox idmançı müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. Əsas məqsəd uşaqların ilkin biliklərini, texniki bacarıqlarını yoxlamaq və fənd bazalarını genişləndirməkdir. Bu fəndlər, gələcək yarış və turnirlərdə onlara çox kömək edəcək.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600