Cüdo yığması Avropa Kubokunu 7 medalla başa vurdu

media-hightechnic-468x90

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb.

Yenicag.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan milli komandası aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.

+100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Süleyman Şükürov (-81 kiloqram) və Tuncay Şamil (-90 kiloqram) gümüş mükafata yiyələniblər.

Qeyd edək ki, ilk yarış günü gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kiloqram) ilə Məhəmməd Musayev (-66 kiloqram) qızıl, Nihad Məmişov (-66 kiloqram) və Əbil Yusubov (-73 kiloqram) bürünc medal əldə etmişdilər.

Beləliklə, 7 medal qazanmış gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa Kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa