!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cüdoçularımızdan DÇ-nin son günündə daha 2 medal

!Reklam – Yazi

Macarıstanda keçirilən dünya çempionatında fərdi yarışlara yekun vurulub.

Yenicag.az xəbər verir ki, Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov dünya çempionatının bürünc medalını qazanıb. Elmar 3-cü yer uğrunda görüşdə digər cüdoçumuz Elxan Məmmədova qalib gəlib.

Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medala layiq görülüb.

Beləliklə, cüdo üzrə Azərbaycan milli komandası Budapeşt mundialını 4 medalla (2 gümüş, 2 bürünc) başa vurub. Yarışların ilk günlərində idmançılarımız Orxan Səfərov və Rüstəm Orucov gümüş medal qazanmışdı.

Yenicag.az

www.yenicag.az

940
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv