Cüdoçumuz Avropa Kubokunda qızıl medal qazandı

media-hightechnic-468x90

Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

Yenicag.az xəbər verir ki, ilk yarış günündə təmsilçimiz Aysun Məmmədova qızıl medalın sahibi olub.

-52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançımız müvafiq olaraq Moldova, İsveç, Kanada və Bosniya-Herseqovinadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb.

Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.

Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa