!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cüdoçumuz erməniyə qalib gələrək Avropa kubokunun finalına yüksəldi

!Reklam – Yazi

Macarıstanda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku start götürüb.

Yenicag.az xəbər verir ki, ölkəmizi qitə turnirində Nurlan Kərimli, Hüseyn Allahyarov (hər ikisi 50 kq), Samir Piriyev (55 kq), Aydın Rzayev (60 kq), Elnur Qasilov (66 kq), Nahid İsmayılov (73 kq) və Əlirza Şıxəlizadə (81 kq) təmsil edirlər.

Yarımfinala qədər uğurla irəliləyən cüdoçumuz Nurlan Kərimli erməni əsilli Ukrayna təmsilçisi Hahik Martirosyana qalib gələrək finala vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi yarımfinalda cüdoçumuz Hüseyn Allahyarovu məğlub edən italiyalı idmançı Pietro Andreini olacaq. H.Allahyarov isə bürünc medal uğrunda yarışacaq.

Komandamızın daha bir üzvü Aydın Rzayev də üçüncü yer uğrunda mübarizə aparacaq.

www.yenicag.az

900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv