Cüdoçumuz ikinci yerdə qərarlaşdı

media-hightechnic-468x90

İsrailin Təl-Əviv şəhərində təşkil olunan cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Yenicag.az xəbər verir ki, Azərbaycan cüdoçusu Orxan Səfərov (66 kq) yarışda finala yüksəlib. İdmançımız yarımfinalda Laşa Nadiradzeni (Gürcüstan) məğlub edib. Orxan qızıl medal uğrunda həlledici qarşılaşmada Vaja Margelaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Səfərov ikinci yerlə kifayətlənib.

Digər təmsilçimiz Balabəy Ağayev (60 kq) eyni raundda Luka Mxeidzeyə (Fransa) uduzub. İdmançı bürünc medal uğrunda qarşılaşmaya çıxıb. 60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Salih Yıldıza (Türkiyə) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600