Cüdoçumuz Parisdə qızıl medal qazandı

media-hightechnic-468x90

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə 2 medal qazanıblar.

Yenicag.az xəbər verir ki, kişilər arasında 66 kiloqram çəki dərəcəsində Ruslan Paşayev finalda Fransa təmsilçisi Daikii Boubanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Rəşad Yelkiyev 5-ci yerlə kifayətlənib.

73 kiloqram çəki dərəcəsində isə Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə portuqaliyalı Otari Kvantidzeyə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan fevralın 2-dək davam edəcək yarışda 10 cüdoçu ilə təmsil olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600