Dağıstanda terror aktlarının qarşısı alındı

media-hightechnic-468x90

Rusiya Federasiyası FTX-nin əməkdaşları Daxili İşlər Nazirliyi ilə birlikdə Dağıstanda Kaspiysk şəhərinin üç sakini tərəfindən planlaşdırılan silsilə terror aktlarının qarşısını alıblar. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Kaspiysk şəhərində keçirilən əməliyyat tədbirləri nəticəsində təxribat və terror törətmək niyyətində olan 3 yerli sakin, Rusiya ərazisində qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları, Rusiya Federasiyasının vətəndaşları müəyyən edilərək həbs ediliblər. Onlar tərəfindən hüquq-mühafizə orqanlarına, eləcə də pravoslav kilsəsinə qarşı tədbirlər planlaşdırılıb”, – məlumatda deyilir.

Həbs edilmiş şəxslərin evlərinə baxış keçirilib, kustar üsulla hazırlanmış partlayıcı qurğular, silah-sursat, şəhər və meşə şəraitində döyüş əməliyyatlarının aparılması üçün təlimatlar aşkar edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05