Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

media-hightechnic-468x90

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Yenicag.az-a verilən məlumata görə, yanvarın 8-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9, Neftçalada 5, Şəki, Lənkəran, İsmayıllı, Oğuz, Balakən, Şamaxı, Qobustan, Biləsuvar, Lerik, Astarada 3 mm-dir. Naxçıvan, Culfa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Balakən, Şəmkir, Şəki, Qəbələ, Şamaxı, Yevlax, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600