Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Daha 2 idmançımız mübarizəyə başlayır

Reklam: Sinerji Pro

Bu gün Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Yenicag.az xəbər verir ki, yarışın növbəti günündə cüdoçu Məmmədəli Mehdiyev və boksçu Alfonso Dominges qüvvəsini sınayacaq. Bundan əlavə Badmintonçu Eddi Reski Dviçayo L qrupunda növbəti görüşünü keçirəcək.

90 kq çəki dərəcəsində yer alan Mehdiyev 1/16 final mərhələsində Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Dominges 1/8 finalda Dilşodbek Ruzmetovlə (Özbəkistan) görüşəcək.

İlk oyunda qələbə qazanan Dviçayo danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq.

Tokio-2020

28 iyul

Cüdo

90 kq

06:00 – 09:30. 1/16 final. Məmmədəli Mehdiyev – Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan)

Badminton

L qrupu

15:00. Edi Reski Dviçayo – Anders Antonsen (Danimarka)

Boks

15:27. 1/8 final. Alfonso Dominges – Dilşodbek Ruzmetov

Qeyd edək ki, indiyədək Azərbaycanın 17 idmançısı olimpiada ilə vidalaşıb.

www.yenicag.az

208
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100