Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha 700 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 700 şəhidin 1160 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, müvafiq vəsaitlər bir həftə ərzində vərəsələrin bank hesablarına köçürüləcək.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli Fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan 6191 şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Loading...

www.yenicag.az

9978
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100