Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha 9 rayona yeni prokuror təyin edildi

Ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə gənc və peşəkar kadr korpusunun komplektləşdirilməsi istiqamətində institusional islahatlar davam etdirilir.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə İbrahim Ləmbəranski Bakı şəhərinin Sabunçu, Rəşid Mahmudov Suraxanı, Elman Süleymanov Yasamal, Hidayət Nurəlibəyov Nərimanov, Həsən Hənifəyev Nəsimi rayonunun prokuroru vəzifələrinə təyin edilib.

Lənkəran, Quba, Göyçay və Yevlax rayonlarına da prokurorlar təyin olunub.

Taryel Ələkbərov Lənkəran, Namiq Muradov Quba, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax rayonunun prokurorları, Elşən Albəndov Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Yadigar Aslanov isə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Müraciətlərə ilkin baxılması şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifələrinə təyin ediliblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturuna uyğun olaraq kadr islahatları davam etdiriləcək.

www.yenicag.az

450
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100